"Olimpiakos" yaxşı durumda olsa, "Neftçi"yə qarşı heç bir problem yaşamayacaq"

12:09 - 16 İyul 2021

"Olimpiakos" yaxşı durumda olarsa, "Neftçi" ilə görüşdə heç bir problem yaşamayacaq. Bununla da Çempionlar Liqasında asanlıqla növbəti mərhələyə adlayacaq. Digər komandalarla yanaşı, “Neftçi” ilə oyun da ciddi yanaşmaq lazımdı. Üstəlik nəzərə almaq lazımdır ki, “Olimpiakos”dan fərqli olaraq, “Neftçi” artıq iki rəsmi oyun keçirib”.
 

Sportal.az xəbər verir ki, bunu Yunanıstan mətbuatına açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Vangelis Platellas deyib.


Hazırda ölkəsində “İonikos”da çıxış edən Platellas Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Olimpiakos”un “Neftçi”yə qarşı keçirəcəyi oyunla bağlı danışıb. O, “Neftçi”nin üstünlüyündən, heyətində yer alan ən təhlükəli oyunçu haqda danışıb:


“Neftçi”nin keyfiyyətli futbolçularından söz düşmüşkən, daha çox Emin Mahmudov və Namik Ələsgərovu qeyd etmək istəyərdim. Mahmudov Rusiyada doğulub və Rusiya futbolunun yetirməsidi. Təcrübəli 8 nömrədi. Topla yaxşıdı, onu itirmir, meydanda düzgün yer seçə bilir. Namik Ələsgərov da həmçinin, çox yaxşı futbolçudu, cərimə meydançasında rəqib üçün təhlükəlidi.

 

“Neftçi” müdafiəyə qapanan komanda deyil. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyən, ambissiyalı komandadı. Onlar aqressiv oynamağı sevir. Müdafiədə səhvləri var ki, “Olimpiakos” da bundan istifadə edə bilər”.

 

Təcrübəli futbolçu “Olimpiakos”un “Bakcell Arena”da azarkeş təzyiqindən qorxmayacağını da söyləyib: “Bakcell Arena”? Bu, nəinki Giorgios Karaiskakis,  ümumiyyəlltə Yunanıstanın müxtəlif stadionlarında yaradılan atmosferə də yaxın da deyil. Yəni, “Olimpiakos”u qorxudacaq atmosfer deyil”.

Xəbər xətti