"Ayaks" kapitanla yeni müqavilə imzaladı

13:20 - 16 İyul 2021

Niderlandın "Ayaks" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi kapitan Duşan Tadiçlə yeni müqavilə imzalanıb. 33 yaşlı hücumçu 2024-cü ilin iyun ayınadək "Ayaks"ın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Duşan Tadiç "Ayaks"a 2018-ci ildə "Saunthempton"dan transfer olunub. Serbiyalı forvard Niderland təmsilçisinin heyətində meydana çıxdığı 93 matçda 53 qol vurub.

Xəbər xətti