Yunanıstan mətbuatı Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" – "Olimpiakos" görüşünə toxunub.
Sportal.az xəbər verir ki, yunan həmkarlarımız Pirey klubuna Azərbaycan çempionuna qarşı diqqətli olmasının vacib olduğunu qeyd edib.
Onlar "Olimpiakos"un hazırki durumunun ürəkaçan olmadığını qeyd edərək, "Neftçi"nin yunanlara problem yarada biləcəyini etiraf ediblər:
"Olimpiakos"un "Aris"lə yoxlama görüşündəki oyununu hamımız gördük. Matçın 10-cu dəqiqəsindən 35-ci dəqiqəsinə kimi "Olimpiakos"un oyunu məyusedici idi. Bu cür oyunla nəinki Azərbaycan çempionu, hətta Cəbəllütariqin qalibi ilə oyunda da problem olacaq.
"Aris" bir neçə qol epizodu yaratdı. Amma buna daha çox "Olimpiakos" futbolçuları kömək etdi. Əgər avrokubok oyunlarında, rəsmi görüşlərdə bu davam etsə, rəqib "Olimpiakos"u cəzalandırmağa hazır olacaq. Bu da ölkə çempionu üçün problemlər yaradacaq. Əgər kimsə, "Neftçi"ni asan rəqib hesab edirsə, o zaman iyulun 22-də xoşagəlməz sürprizlə qarşılaşmaq riski var".
saytlarin hazirlanmasi
