"Zirə" yeni transferini rəsmən açıqlayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Mohamed Hamdouini transfer edib. Niderlandlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
28 yaşlı futbolçunun son klubu ölkəsinin "De Qrafshap" klubu olub. O, həmçinin, "Vittes", "Dordrext" və "Tvente"də də çıxış edib. Qeyd edək ki, bu transfer haqda ilk dəfə saytımız xəbər verib.
saytlarin hazirlanmasi
