"Başakşəhər"də ayrılan Julyanonun yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 31 yaşlı futbolçu "Korintian"sa transfer olub. Müqavilənin detalları açıqlanmayıb.
Təcrübəli futbolçu 2020-ci ilin oktyabrında Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən "Başakşəhər"ə keçmişdi. Julyano daha əvvəl Türkiyədə "Fənərbaxça" forması geyinib.
saytlarin hazirlanmasi
