Günay Məmmədzadə mərhələ adladı

22:33 - 16 İyul 2021

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku davam edir.

 

Sportal.az xəbər verir ki, 1/32 finalda Günay Məmmədzadə sloveniyalı Laura Unuku 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

 

Şahmatçılarımızdan Şəhriyar Məmmədyarovun braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasovun ermənistanlı Şant Sarqsyan, Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Javakişvili ilə oyunları heç-heçə başa çatdığından şahmatçılar tay-brekdə mübarizə aparacaqlar.

 

Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

Xəbər xətti