Basketbol üzrə Avroliqanın yeni mövsüm üçün püşkü atılıb.
Sportal.az xəbər verir ki, yarış sentyabrın 30-da başlayacaq. Reqlamentə əsasən, 18 komandanın hər biri 34 oyun keçirəcək. Aprelin 8-i çempionat başa çatdıqdan sonra ilk 8 yeri tutan komanda pley-offa vəsiqə qazanacaq. Daha sonra 4 klub Berlində keçirilək “Dördlər finalı”nda çıxış edəcək.
Mövsümü ilk turuna sentyabrın 30-u start veriləcək. Turun mərkəzi matçında “Real” Madriddə son çempion “Anadolu Efes”lə oynayacaq.
İlk turun oyunları
“Monako” - “Panatinaikos”
“Makkabi” - “Bayern”
“Milan” - ÇSKA
“Real” - “Anadolu Efes”
UNİKS - “Zenit”
“Fənərbaxça” - “Srvena Zvezda”
ASVEL - “Jalgiris”
“Olimpiakos” - “Baskoniya”
“Barselona” - “Alba”.
