Danimarka futbolunda ən böyük satış

00:00 - 17 İyul 2021

Fransanın "Renn" klubu Danimarka təmsilçisi "Norşallenn"in vingeri Kamaldin Sulemananı transfer edib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı cinah futbolçusu ilə 5 illik müqavilə imzalanıb. Liqa 1 təmsilçisi bu keçid üçün 20 milyon avro təzminat ödəyib.

 

Bu, Danimarka klublarının tarixində ən bahalı satış olub.

 

Sulemana ötən mövsüm keçirdiyi 30 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti