"Mançester Siti"nin hücumçusu Almaniya klubuna keçdi

11:24 - 17 İyul 2021

“Mançester Siti”nin futbolçusu Lukas Nmeça karyerasını Almaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu “Volfsburq”a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nmeça ilə 4 illik müqavilə imzalanıb.

 

“Mançester Siti”nin yetirməsi olan Nmeça Almaniyanın U-21 yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub. Hücumçu son mövsümü icarə əsasında “Anderlext”də keçirib.

Xəbər xətti