İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yunanıstanın "Olimpiakos" klubunun qapıçısı Joze Sanı transfer edib. Bu barədə klubun rəsmi saytı açıqlama verib. 28 yaşlı qolkiper ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı qapıçı 2018-ci ildən Yunanıstan klubunda çıxış edirdi.
Xatırladaq ki, "Olimpiakos" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibidi.
saytlarin hazirlanmasi
