Azərbaycanlı hakim Konfrans Liqası oyununa təyinat aldı

11:59 - 17 İyul 2021

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Avropa Konfrans Liqası oyununa təyinat alıb.

 

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Cabbarov 2-ci təsnifat mərhələsinin “Teuta” (Albaniya) – “İnter Eskaldes” (Andorra) görüşünü idarə edəcək.

 

Ona yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, "Teuta" - "İnter Eskaldes" qarşılaşması “Niko Dovana” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Xəbər xətti