"Sumqayıt"ın rəqibi mövsümə qələbə ilə başladı

14:30 - 17 İyul 2021

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Çukariçki" Serbiya çempionatında mövsümün ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda "Vozdovaç"la qarşılaşıb. Görüş "Çukariçki"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin hər iki qolunu Corce Jovanoviç vurubş O, 43 və 70-ci dəqiqələrdə fərqlənib.

 

Qeyd edək ki, “Sumqayıt” “Çukariçki” ilə ilk matçını iyulun 21-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

Xəbər xətti