“Arsenal" Ektor Belyerin üçün transfer qiyməti təyin edib.
Sportal.az xəbər verir ki, "topçular" ispaniyalı müdafiəçisini 15 milyon funt sterlinqdən aşağı satmağa razı deyil.
Əşraf Hakiminin PSJ-yə gedişindən sonra sağ cinah müdafiəçisi axtaran "İnter" isə Belyerini 8-10 milyon qarşılığında transfer edəcəyini ehtimal edir.
Lakin ingilislər "İnter"dən Belyerin üçün 15 milyon funt tələb edib.
saytlarin hazirlanmasi
