"Sumqayıt"ın təcrübəlisi: "Mübarizə aparsaq, layiqli nəticə qazanacağıq"

12:12 - 18 İyul 2021

"Türkiyədə yaxşı toplanış keçdik. Həm məşqlərdəki yükləmələr, həm də səviyyəli komandalarla yoxlama oyunları bizə kömək olacaq".


Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov deyib.


"Kimyaçılar"ın təcrübəli futbolçusu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları "Çukariçki" ilə oyunlar haqda danışıb.


O, Belqrad təmsilçisinə qarşı matçların çətin keçəcəyinə baxmayaraq, meydana uğurlu nəticə üçün çıxacaqlarını söyləyib: "Komanda olaraq "Çukariçki" ilə oyunun mahiyyətini başa düşürük. Bilirsiniz, ilk oyun həmişə çətin keçir. İstəyir komanda hazır olsun, ya olmasın. Amma hər şey qaydasındadı.

 

Bizim üçün çətin oyunlar olacaq. Həm səfərdə, həm də evdə layiqincə mübarizə aparmağa çalışacağıq ki, qələbə qazanıb klubumuzu və futbol azarkeşlərimizi sevindirək. Hər klubun öz strategiyası var. Bizim də həmçinin. Klub olaraq hədəflərimiz var. Kollektiv kimi yaxşı mübarizə aparsaq, layiqli nəticə qazanacağıq. Məşqçilərimiz rəqib barədə bizə yetərincə məlumat verir. Çalışırıq ki, onların dediklərini həyata keçirək”.

 

Xəbər xətti