“İnter”in hücumçusu Romelu Lukaku Milan təmsilçisini tərk etməyəcək.
Sportal.az xəbər verir ki, belçikalı hücumçuya bir çox klublardan təklif olsa da, o, "nerazzura"dan ayrılmayacaq. Bu barədə forvardın agenti Federiko Pastorello məlumat verib.
Futbolçunun agenti yerli mediyaya verdiyi qısa açıqlamada Lukakunun komandada qalacağını bildirib: "İnter" Lukakunun komandada qalacağına görə rahat ola bilərmi? Əlbəttə".
Qeyd edək ki, 28 yaşlı hücumçu 2019-cu ildən bu komandada çıxış edir.
saytlarin hazirlanmasi
