Gənc cüdoçularımız Praqada üç medal qazanıblar

16:16 - 18 İyul 2021

Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.

 

Sportal.az xəbər verir ki, turnirdə daha bir cüdoçumuz medal qazanıb. Belə ki, qızlar arasında mübarizə aparan Nərmin Əmirli (+78 kq) üçüncü yer uğrunda çexiyalı Marketain Cerçilovanı məğlub edərək bürünc medala layiq görülüb.

 

Bununla da gənclərdən ibarət cüdo komandamızın turnirdə əldə etdiyi medalların sayı 3-ə çatıb.

 

Oğlanların yarışında iki idmançımız - Qasım Vəlizadə (60 kq) və Rəşad Quluzadə (66 kq) gümüş medal qazanıblar.

 

Avropa kuboku yarışında 33 ölkədən 383 idmançı mübarizə aparır. Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb.

Xəbər xətti