Şahmatçılarımızın rəqibləri müəyyənləşdi

18:18 - 18 İyul 2021

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

 

Sportal.az xəbər verir ki, dünya kubokunun üçüncü mərhələsində şahmatçılarımızın rəqibləri müəyyənləşib. 1/32 finalda Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyan, Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə görüşəcəklər.

 

Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paets ilə 1/16 finalda üz-üzə gələcəklər.

 

Dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Xəbər xətti