Formula 1 üzrə Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Silverstoun avtodromunda təşkil olunan mövsümün 10-cu yarışında “Mercedes”in pilotu Lüis Həmilton 1-ci olub. İlk üçlüyü “Ferrari”nin pilotu Şarl Lekler və “Mercedes”in üzvü Valtteri Bottas tamamlayıb.
Çempionatın lideri Maks Ferstappen ("Red Bull Racing") qəza törədib. Onun bolidi birinci dövrədə Lüis Həmiltonun bolidi ilə toqquşduqdan sonra böyük sürətlə təhlükəsizlik səddinə çırpılıb. Qəzadan sonra pilot xəstəxanaya yerləşdirilib.
Hamilton cari mövsüm 4-cü, Silverstounda səkkizinci, karyerasında isə 99-cu qələbəsini qazanıb.
Pilotların siyahısına 185 xalla Maks Ferstappen başçılıq edir. Lüis Hamilton 177 xalla 2-ci , Lando Norris ("McLaren") isə 113 xalla 3-cü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Red Bull" 289 xalla birincidir. Hesabında 287 xal olan "Mercedes" 2-ci, "McLaren" isə 163 xalla 3-cü yerdə qərarlaşıb.
Növbəti yarış 2 həftə sonra Macarıstanda təşkil olunacaq.
saytlarin hazirlanmasi
