İngiltərənin “Brayton” klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Ayaks”ın qapıçısı Kyell Sxerpeni transfer edib. 21 yaşlı niderlandlı qapıçı ilə 4 illik müqavilə imzalanıb. "Brayton" bu keçid üçün 5 milyon funt-sterlinq təzminat ödəyib.
Sxerpen 2019-cu ildə "Ayaks"a "Emmen"dən keçmişdi. O, Amsterdam klubunda 4 oyun keçirib.
saytlarin hazirlanmasi
