Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə "Neftçi"nin üçüncü mərhələdəki potensial rəqibləri məlum olub.
Ölkə çempionu "Olimpiakos" səddini keçərsə, "Mura" (Sloveniya) - "Ludoqoretst" (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Üçüncü mərhələnin qarşılaşmaları avqustun 3 - 4 və 10-da keçiriləcək.
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
saytlarin hazirlanmasi
