Fransa millisinin sabiq üzvü ölkəsinə qayıtdı

10:51 - 19 İyul 2021

Fransa millisinin sabiq forvardı Kevin Qameyro özünə komanda tapıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı forvard “Strasburq”la müqavilə imzalayıb. “Valensiya” ilə müqaviləsi başa çatdığından Fransa klubu keçid üçün qarşı tərəfə təzminat ödəməyib.

 

Onunla 2 illik müqavilə imzalanıb. Qameyronun peşəkar karyerasında ilk klubu məhz “Strasburq” olub. O, 2005-2008-ci illər arasında bu komanda üçün oynayıb ə 13 il sonra geri dönüb.

Xəbər xətti