"Sabah"dan göndərilən ispan Bəhlulun məşqçisi oldu - FOTO

11:09 - 19 İyul 2021

Ötən mövsüm “Sabah”da baş məşqçi kimi fəaliyyət göstərmiş Visente Qomes mövsümün bitməsinə az qalmış komandadan göndərilmişdi.

 

Sportal.az xəbər verir ki, ispaniyalı məşqçinin işsiz günləri az çəkib. O, özünə yeni iş yeri tapıb. 49 yaşlı mütəxəssis BƏƏ-yə yollanıb.

 

O, bu ölkənin “Əl-Əyn” klubu ilə anlaşıb. Komandanın ukraynalı baş məşqçisi Sergey Rebrov Visenteni özünə köməkçi kimi komandaya dəvət edib. “Sabah”da işləmiş digər məşqçi – Xesus Pinedo isə ərəb klubunda fiziki hazırlıq üzrə məşqçi təyin edilib.

 

Xatırladaq ki, milli komandamızın üzvü Bəhlul Mustafazadə bir neçə gün əvvəl “Sabah”dan “Əl-Əyn”ə transfer olmuşdu. 

Xəbər xətti