“Soçi” heyətinə yeni futbolçu qatıb.
Sportal.az xəbər verir ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan klub “Zenit”in futbolçusu Emanuel Mammananı icarəyə götürüb.
Sankt-Peterburq təmsilçisinin heyətində 41 oyun keçirmiş argentinalı 2021/2022 mövsümünü “Soçi”də keçirəcək. 25 yaşlı futbolçu ötən mövsümü də icarə əsasında “Soçi”də keçirmişdi.
Xatırladaq ki, “Lion”dan “Zenit”ə keçən mərkəz müdafiəçisi həm də Argentina millisinin üzvüdü.
saytlarin hazirlanmasi
