Filip Ozobiçin milliləşdirilməsindən sonra daha bir futbolçu Azərbaycanın əsas millisinə cəlb oluna bilər.
Sportal.az saytının məlumatına görə, millinin baş məşqçisi Canni De Byazinin siyahısında yer alan oyunçulardan biri də "Bohum"da çıxış edən Barış Ekincierdi. Əvvəllər U-19 və U-21 yığmamızda çıxış etmiş futbolçunun millimizə cəlb olunmasının qarşısını alan məqam klubunda oynamaması, oyun praktikasından əziyyət çəkməsidi.
İtaliyalı mütəxəssis gənc futbolçunun potensialına güvəndiyinə görə, onu komandada görmək istəyir. Lakin o, sadaladığımız səbəblərə görə hələ də onu milliyə dəvət etmək fikrindən daşınıb. Yola saldığımız mövsümün qış fasiləsində "Konyaspor"a keçəcəyi gözlənilən türkiyəli futbolçu yenidən Almaniya klubuna qayıtmışdı.
Onun qarşıdakı mövsümə “Bohum”da yox, başqa klubda başlayacağı gözlənilir. Klubunda daima oynayacağı təqdirdə Ekincieri millinin növbəti toplanışlarında görmək ehtimalı yüksək olacaq.
Xatırladaq ki, aşağı yaş qruplarından ibarət yığmalarımızda oynamış Ekincier 2019/2020 mövsümünü Avstriyanın aşağı liqa klubu olan "Austria Klagenfurt"da icarə əsasında çıxış etmişdi.
saytlarin hazirlanmasi
