İngiltərə millisinin sabiq üzvü özünə yeni komanda tapdı

17:06 - 19 İyul 2021

İngiltərə milli komandasının sabiq üzvü Endros Taunsend özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu "Everton"la anlaşıb. Klub ingilis futbolçunun transferi zamanı xərcə düşməyib. 2016-cı ildən "Kristal Pelas"da çıxış edən Taunsend ötən mövsüm 34 matça çıxıb və 1 qol, 5 assistlə yadda qalmışdı.

 

Millidə də çıxış etmiş təcrübəli futbolçu “Everton”a keçidi ilə bağlı danışıb: “Nyukasl”da Rafael Benitesin rəhbərliyi altında oynamışam. Onun keyfiyyətli məşqçi olduğunu bilirəm. O, meydanda çox yaxşıdı. Daima komandasını yaxşı məşq elətdirməyə çalışır. Hər şeylə yanaşı, Benites həm də yaxşı insandır”.


“Everton” yeni mövsüm İngiltərə Premyer Liqasında ilk görüşünü avqustun 14-də “Sauthempton”a qarşı keçirəcək.

 

Xatırladaq ki, futbolçu karyerası ərzində "Tottenhem", "Lids", "Uotford", "Nyukasl" kimi klublarda oynayıb.

Xəbər xətti