"Çelsi" futbolçusunu 23 milyona satdı

17:17 - 19 İyul 2021

İngiltərənin "Kristal Pelas" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Çelsi"nin müdafiəçisi Mark Qexini transfer edib. "Qartallar" bu keçid üçün 23 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Fil Dişi Sahili əsilli futbolçu İngiltərənin U-21 millisinin üzvüdür.

Xəbər xətti