Milli Paralimpiya komandamız rekord sayda lisenziya ilə "Tokio-2020"də Azərbaycanı təmsil edəcək.
Sportal.az xəbər verir ki, atletika üzrə milli komandamızın üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticə göstərərək ölkəmiz üçün növbəti 35-ci lisenziyanı təmin edib.
Bu günədək AMPK-nın idmançıları "Tokio-2020" Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
"Rio-2016" XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 lisenziya qazanmışdı.
saytlarin hazirlanmasi
