"Sabah" Gürcüstan klubuna qalib gəldi

19:39 - 20 İyul 2021

Yeni mövsümə hazırlığı Gürcüstanda davam etdirən “Sabah” bu gün yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi “Şukura” (Gürcüstan) ilə üz-üzə gəlib. “Zestafoni” təlim-məşq bazasında keçirilən görüşdə "Sabah" qalib gəlib - 1:0. yeganə qolu Xulio Sezar Rodriqes vurub.

 

Qeyd edək ki, “Sabah” iyulun 23-də “Samqurali”, ayın 28-də isə “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.
 

Xəbər xətti