"Çelsi" Avropa çempionu ilə müqavilə imzalayacaq

11:55 - 20 İyul 2021

"Çelsi" İtaliya millisinin heyətində Avropa çempionu olan Jorjinyo ilə müqavilə müddətini uzatmaq istəyir.

 

Sportal.az xəbər verir ki, "zadəganlar"ın yarımmüdafiəçiyə yeni müqavilə təklifi 4 illik nəzərdə tutulub.

 

Hazırda tərəflər arasında danışıqların davam etdiyi və Jorjinyonun komandada qalmaq istədiyi bildirilir.

Xəbər xətti