“Komandamız “Soçi” oyununa yüksək səviyyədə hazırdı. Kollektivdəki atmosfer də əladı. Oyunun başlamasını gözləyirik".
Bu sözləri Sportal.az saytına “Keşlə”nin futbolçusu Rafael Məhərrəmli deyib.
Azərbaycan kubokunun son qalibi UEFA Konfrans Liqasında “Soçi” ilə qarşılaşacaq. Paytaxt təmsilçisinin müdafiəçisi Rusiya klubu ilə görüşdə uğurlu nəticəyə ümid etdiklərini bildirib: “Soçu” yaxşı komanda olsa da, biz onlardan çəkinmirik. Güclərini də bilirik. Əksinə komandamız bu oyuna xüsusi istəkli və motivasiyalıdı. Çətin oyun olacağını bilirik.
Amma bizim məqsədimiz mərhələni keçməkdi. Bunun üçün də yalnız qələbə haqda fikirləşirik. İnanıram ki, “Soçi”ni məğlub edəcəyik”.
saytlarin hazirlanmasi
