Ötənlərin məhşur futbolçusu, “Milan”, “Yuventus” klublarında çıxış etmiş Edqar Davids baş məşqçi kimi çalışdırdığı “Olhanense”dən göndərilib.
Sportal.az xəbər verir ki, Portuqaliya üçüncü liqasında çıxış edən klub Davidslə məqsədinə çata bilmədiyinə görə yollarını ayırıb.
2021-ci ilin yanvarında komandanın baş məşqçi postuna keçən niderlandlının qarşısına "Olhanense"ni ikinci diviziona yüksəltmək məqsədi qoyulmuşdu. O, bunu həyata keçirə bilmədiyinə görə rəhbərlik onu postda saxlamayıb. Davidsin rəhbərliyi altında komanda turnir cədvəlini yalnız üçüncü pillədə tamamlaya bilib. Pley-off görüşlərində isə məğlub olaraq üçüncü liqada qalıb.
Qeyd edək ki, Niderland millisinin sabiq üzvü bundan əvvəl "Barnet" və "Telstar"da məşqçi kimi fəaliyyət göstərmişdi.
saytlarin hazirlanmasi
