Afrikalı futbolçu "Arsenal"ı "ələ saldı": "Klubun adını "Afrika" etsinlər"

15:45 - 20 İyul 2021

Nigeriyanın “Sanşayn Stars” klubunun sabiq futbolçusu Dele Olorundare xarici mətbuata verdiyi açıqlama ilə gündəmə düşüb.

 

Sportal.az xəbər verir ki, nigeriyalı hücumçu Avropada bir neçə il əvvəl afrikalı futbolçulara yuxarıdan aşağı baxılmasından gileylənib və "Arsenal"ın "Anderlext”dən yeni transferi ola Alberta-Mboyo Sambi Lokonqi haqda danışıb.

 

Lokonqi ilə qohumluq əlaqələri olan Dele onun barədə xoş fikirlər səsləndirib: "Arsenal”ın çox sayda afrikalı oyunçu ilə heyətini gücləndirdiyini görmək xoşdu. Yaxşı olardı ki, "Arsenal" adını dəyişib "Afrika" etsin. Lokonqonun bu komandaya keçməsi, “Arsenal”ın afrikalılara etibar etdiyinin göstəricisidi. Vaxtilə Avropada afrikalı futbolçuların ikinci division klubunda ehtiyat skamyada oturmağa belə uyğun olmadığını deyirdilər. Görünür, hər şey dəyişib.

 

Ümid edirəm ki, Afrika qitəsini təmsil edən milli komandalar bu cür transferlər hesabına daha güclü heyət yığıb Dünya çempionatlarında daha yaxşı tərəfdən göstərərlər”.

 

Xatırladaq ki, Delenin Avropadakı yeganə komandası Türkiyənin “Tavşanlı Linyitspor” klubu olub.

 

Xəbər xətti