"Real"dan "İnter"ə

16:41 - 20 İyul 2021

“Real”ın hücumçusu Luka Yoviç komandadan ayrılmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, serbiyalı forvard artıq “İnter”lə danışıqlara başlayıb.

 

Milan təmsilçisi 23 yaşlı hücumçunu icarəyə götürmək üçün “Real”a müraciət edib.

 

2020/2021 mövsümündə “Ayntraxt”(Frankfurt) klubunda icarə əsasında 18 matça çıxan Yoviç, 4 qol vurub. 

 

"Srvena Zvezda" yetirməsi olan forvard "Real", "Ayntraxt"dan savayı "Benfika"da çıxış edib.

Xəbər xətti