“Olimpiakos”un yarımmüdafiəçisi Andreas Buxalakis Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, yunan futbolçu üçüncü mərhələyə yüksəlmək istədiklərini söyləyib:
“Bizi maraqlı oyun gözləyir. Yaxşı nəticə qazanmaq üçün oyuna hazırlaşırıq. Toplanışımız da yaxşı keçdi, “Neftçi” ilə oyuna hazırıq. Səbirsizliklə oyunun başlamasını gözləyirəm. Sabah azarkeşlərin bizimlə olmasına görə şadam.
Biz əsl dəstək görəcəyik. Üçüncü mərhələyə adlmaq istəyirik. Bunun üçün maksimum gücümüzü meydanda qoyacağıq. “Neftçi” ilə oyuna ciddi yanaşırıq. “Neftçi”nin oyununu izləmişəm və bilirəm ki, güclü oyunçulara qarşı oynayacağıq. Onlar hücumda çox təhlükəlidi”.
saytlarin hazirlanmasi
