UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Olimpiakos”un baş məşqçisi Pedru Martinş oyunöncəsi mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, portuqaliyalı məşqçi sabah “Neftçi”yə qarşı keçirəcəkləri oyun barədə danışıb.
- Komanda sabahkı oyuna nə dərəcədə hazırdı?
- Biz yaxşı durumdayıq. Günü-gündən özümüzü fiziki planda da yaxşılaşırıq. Hər şey qaydasındadı. Sabahkı oyuna hazırıq.
- Azarkeşlər “Neftçi” oyununda tribunada olacaqlar…
- Sabahkı oyunda azarkeşlərin stadionda olmasına sevinirik. Bir ildən çoxdur ki, stadionda yoxdular. Onların varlığı bizim üçün vacibdi. İnanıram ki, onlar sabah bizə kömək edəcək.
- “Neftçi”ni analiz etməyə vaxt tapdınız, yoxsa öz hazırlığınıza konsentrasiya olmuşdunuz?
- Təbii ki, biz daha çox öz hazırlığımıza fikir verdik. Amma bu o demək deyil ki, “Neftçi” ilə maraqlanmamışıq. Onlar barədə məlumat toplamışıq. Rəqib haqda yetərincə məlumatlıyıq. “Neftçi”nin universal futbolçuları var. Biz rəqibə hörmətlə yanaşırıq.
