Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Olimpiakos”la görüşündən məğlub ayrılan “Neftçi” həm də müdafiəçisini itirdi.
Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın gənc futbolçusu Mert Çelik qarşılaşmanın 63-cü dəqiqəsində Oleq Ryabçuka qarşı etdiyi kobud hərəkətə görə meydandan qovuldu.
Çelik, şəxsi instaqram hesabında bunları yazıb: "Cavab qarşılaşmasında komandamı tək buraxdığıma görə çox üzgünəm. Ümidvaram ki, Bakıda daha yaxşı nəticə alarıq”.

Qeyd edək ki, “Başakşəhir”ə məxsus olan 21 yaşlı müdafiəçi “Neftçi”də icarə əsasında çıxış edir.
saytlarin hazirlanmasi
