"Real" Azar üçün 60 milyon istədi

11:48 - 22 İyul 2021

“Çelsi” Eden Azara görə 60 milyon avro ödəmək istəməyib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi belçikalı futbolçunu geri qaytarmaq üçün “Real”a müraciət edib.

 

Madrid klubuna keçəndən demək olar ki, daima zədələrlə mübarizə aparan və müalicə alan Azar özü də İngiltərəyə də qayıtmağa hazır olduğunu bildirib.

 

“Kral klubu” vinger üçün qarşı tərəfdən 60 milyon avro tələb edib. “Çelsi” isə bu məbləği Erlinq Haaland üçün xərcləmək istədiyindən Azarı geri qaytarmaq fikrindən imtina edib.

Xəbər xətti