"Spartak"ın veteranı: "Soçi" "Keşlə"yə qarşı diqqətli olmalıdı"

12:01 - 22 İyul 2021

"Jemçujina"nin (Soçi) keçmiş futbolçusu Maksim Demenko bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Soçi"nin "Keşlə"yə qarşı keçirəcəyi oyun barədə Rusiya mətbuatına danışıb.

 

Sportal.az xəbər verir ki, rusiyalı futbol veteranı Rusiya klubuna Azərbaycan kubokunun sahibinə qarşı diqqətli olmağı məsələhət görüb:

 

"Ümid edək ki, "Soçi" digər klublarımızın son illərdə avrokuboklardakı səhvlərini təkrarlamayacaq. “Arsenal”ın “Neftçi” ilə görüşdəki uğursuzluğunu gördük. “Dinamo”nun(Moskva) “Lokomotiv”lə(Tbilisi) matçını xatırlayaq, “Rostov”un “Makkabi” ilə matçını da unutmaq olmaz. Soçililər son dərəcədə diqqətli olmalıdı.

 

“Soçi”nin mövsümöncəsi oyunları bəzi narahatlıqlara əsas verir. Yeni gələnlərin komandaya tez bir zamanda adaptasiya olub-olmayacağı dəqiq deyil. Doğrudu, komandanın liderləri “Soçi”ni arxasınca apara bilər. Bilirik ki, ötən mövsüm komandanın Premyer Liqada beşinci yeri tutmasında Kristian Noboanın böyük rolu var. Amma unutmayın ki, onun 35 yaşı var. Bilmək olmaz, o, həmin səviyyədə oynamağa davam edə biləcək ya, yox".

 

45 yaşlı veteran karyerası ərzində “Dinamo”(Kiyev), “Spartak”(Moskva) klublarında oynayıb, Rusiya millisində 2 matç keçirib. 

Xəbər xətti