"Yoxlama oyunlarımız əslində pis keçməmişdi. Komanda olaraq "Soçi" oyununa hazırıq. Motivasiyamız və istəyimiz yüksəkdi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Keşlə"nin müdafiəçisi Azər Salahlı deyib.
Ötən mövsüm Azərbaycan kubokunun sahibi olan "Keşlə" Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Soçi” ilə oynayacaq. Salahlı bu gün Rusiyada keçiriləcək görüşlə bağlı fikirlərini bildirib. Müdafiəçi Rusiya komandasına qarşı keçirəcəkləri oyun haqda ümidli danışıb:
“Soçi” güclü komandadı. Amma inanıram ki, səfərdən istədiyimiz nəticə ilə qayıda biləcəyik. Meydana çıxıb, şansı özümüz-özümüzə yaratmalıyıq. Buna həqiqətən də gücümüz var. İlk oyunda çox diqqətli olub, sərfəli nəticə qazanmalıyıq. Birinci oyunu səfərdə və ya evdə keçirməyin heç bir fərqi yoxdu. Əsas odur ki, Soçidən sərfəli nəticə ilə qayıdaq”.
saytlarin hazirlanmasi
