Tokio-2020: Taekvonduçularımızın ilk rəqibləri bilindi

14:11 - 22 İyul 2021

Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvonduçularının ilk rəqibləri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 80 kq çəki dərəcəsindəki Milad Beigi Hərçəqani ilk olaraq Çin-Taybeyini təmsil edən Vey-Tinq Liu ilə üz-üzə gələcək.

 

Qadın taekvondoçu Fəridə Əzizova isə Peyc Makfersonla (ABŞ) görüşəcək.

 

Taekvonda yarışlarına iyulun 24-də start veriləcək. Hər iki idmançı mübarizəyə iyulun 26-da başlayacaq.

 

Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Xəbər xətti