Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Olimpiakos"un müdafiəçisi Pape Abu Sisse matçla bağlı danışıb.
Sportal.az xəbər verir ki, seneqallı futbolçu Azərbaycan çempionu ilə oyun haqda bunları deyib: "Futbolda hər zaman gərək istənilən duruma hazırlıq olasan. "Neftçi" ilə oyunda qırmızı vərəqə qaldıq. Məhz bundan sonra oyunun sistemi dəyişdi.
Biz hələ ki, hazırlıq mərhələsindəyik. “Neftçi” ilə cavab qarşılaşması asan keçməyəcək. Daha effektli olmalıyıq.
Bakıdakı matçda erkən qol vura bilsək, işimizi asanlaşdıracaq. Amma bunun üçün ilk oyundakı kimi meydanda gücümüzü qoymalıyıq”.
saytlarin hazirlanmasi
