UEFA reytinqi: Azərbaycanın xalı artdı, mövqeyi dəyişmədi

15:15 - 22 İyul 2021

Avrokuboklarda dünən keçirilən matçlardan sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə "Olimpiakos"a uduzan "Neftçi" ölkəmizin xal hesabını artıra bilməyib. "Sumqayıt"ın Belqradda "Çukariçki" ilə heç-heçəsi isə 0, 125 xal əldə etmək anlamına gəlib. Beləliklə, Azərbaycanın bu mövsüm ümumi qazancı 0, 625-ə çatıb. Bunun 0,500-ü "Neftçi"nin payına düşür.

 

"Sumqayıt"ın qazancı ölkəmizin irəliləməsinə kifayət etməyib. Azərbaycan 13, 250 xalla əvvəlki kimi 29-cudu. 28-ci Qazaxıstandan 0, 250 xal geri qalan ölkəmiz 30-cu Polşanı 1 xal üstələyir.

Xəbər xətti