İspaniya millisinin üzvü zədələndi - FOTO

15:27 - 22 İyul 2021

İspaniya millisinin və “Real”ın (Madrid) yarımmüdafiəçisi Daniel Sebayos Oimpiya oyunlarında, Misirə qarşı keçirilən görüşdə ciddi zədələnib. 

 

Sportal.az xəbər verir ki, ilk hissənin son dəqiqələrində misirli Mohammed Taherin Sebalyosa qarşı kobud oyunundan sonra futbolçunun sol topuğu əks istiqamətə çevrilib. Ki, bu da ispanın ağır zədə almasına səbəb olub.

 

Yalnız həkimlərin ilin müdaxiləsindən sonra ayağa qalxan futbolçu oyunu yarımçıq başa vurub. Baş hakim isə VAR-a baxdıqdan sonra Mohammed Taherə yalnız sarı vərəqə göstərib. 

 

Xəbər xətti