İtaliya millisinin heyətində Avropa çempionluğunu qazanan Corco Kyellini "Yuventus"la yeni müqavilənin şərtlərini danışmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu hazırda azad agent statusuna malikdi. Amma o, digər klublarla deyil, məhz “Yuventus”la razılaşaraq yeni mövsüm üçün də “qoca sinyora”nın heyətində qalmağa razıdı.
2004-cü ildən Turin klubunun futbolçusu hesab edilən 36 yaşlı müdafiəçi indiyə qədər 404 oyuna çıxıb.
saytlarin hazirlanmasi
