Tokio-2020: Emin Cəfərov ilk günü 24-cü bitirdi

12:30 - 25 İyul 2021

Stend atıcımız Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışını yekunlaşdırıb.

 

Sportal.az xəbər verir ki, o, 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb. Cəfərov üçüncü raundda aktivinə daha 23 xal yazdırıb.

 

Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Mübarizəni davam etdirmək üçün atıcımız növbəti 50 atəşdən sonra ilk 6-lığa düşməlidir. Təsnifat mərhələsindən sonra yalnız ilk 6 yerin sahibi mükafatlar uğrunda yarışacaq.

 

Təsnifat mərhələsinin davamı və həlledici raundlar sabah keçiriləcək.

Xəbər xətti