Tokio-2020: Gimnastımız 55-ci oldu

14:30 - 25 İyul 2021

Azərbaycanı Tokio-2020-də təmsil edən qadın idman gimnastı Marina Nekrasova Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

 

Sportal.az xəbər verir ki, Marina fərdi çoxnövçülükdə 4 hərəkətin cəmində 48.232 bal toplayıb. Bununla da, 26 yaşlı idmançı 68 iştirakçı arasında 55-ci yeri tutub.

 

Daha əvvəl idman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutmuşdu. O, fərdi çoxnövçülükdə 24-lüyə, fərdi hərəkətlərdə isə 8-liyə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.

Xəbər xətti