Vasif Durarbəylinin dünya kubokunda növbəti rəqibi müəyyənləşdi

16:16 - 25 İyul 2021

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

 

Sportal.az xəbər verir ki, Vasif Durarbəyli 1/8 finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşacaq.

 

Turnirdə iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

 

Dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Xəbər xətti