Tokio-2020: Çin liderliyini davam etdirir

18:50 - 25 İyul 2021

Tokio-2020 Yay Olimpiya Oyunlarının ikinci gününə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, ikinci medal günündə daha 18 dəst mükafat öz sahibini tapıb.

 

Medal sıralamasında Çin 6 qızıl, 1 gümüş, 4 bürünc medalla liderliyini davam etdirib. Yaponiya 5 qızıl, 1 gümüş medalla 2-ci, ABŞ 4 qızıl, 2 gümüş, 4 bürünc medalla 3-cüdür.

 

Azərbaycan idmançıları hələ ki medal qazanmayıblar.

Xəbər xətti