Rüstəm Orucov Olimpiya çempionuna uduzdu

10:03 - 26 İyul 2021

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Sportal.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançımız ilk olaraq 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşlaşıb. Vazari ilə qalib gələn Rüstəm Orucov 1/8 finala yüksəlib.
 

Bu mərhələdə tacikistanlı Somon Makhmadbekovla görüşən bayrqadarımız yenə vazari ilə qələbə qazanaraq 1/4 finala adlayıb. Bu mərhələdə cüdoçumuz Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Şohei ilə üz-üzə gəlib və ipponla uduzub.
 

Rüstəm təsəlliverici görüşdə iştirak edəcək. Bürünc medal uğrunda görüş üçün vəsiqə uğrunda onun rəqibi Kosovo idmançısı Akil Gjakova olacaq.

Xəbər xətti