Hər iki taekvandoçumuz Tokio-2020 ilə vidalaşdı YENİLƏNİB

10:40 - 26 İyul 2021

Azərbaycanın taekvando üzrə milli komandası Tokio-2020-də mübarizəyə başlayıb.


Sportal.az xəbər verir ki, ilk olaraq 67 kq çəki dərəcəsində yarışan qadın idmançımız Fəridə Əzizova  döyüş meydanına çıxıb. O, 1/8 finalda ABŞ təmsilçisi Peyc Makfersonla qarşılaşıb və 5:8 hesabı ilə məğlub olub.
 

Fəridə Əzizova Tokio-2020-də Azərbaycan milliisinin bayraqdarlarından biri olub.
 

Digər taekvonduçumuz Milad Beigi Herçeqani isə uğurlu start veribş. 80 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda Çin Taypeyini təmsil edən Liu Vey-Tinq üzərində 15:11 (0:0, 6:7, 9:4) hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. 

 

Hərçəqani bu mərhələdə Özbəkistanı təmsil edən Nikita Rafaloviçlə üz-üzə gəlib. Görüş rəqibin 12:1 hesablı qələbəsiylə başa çatıb.

 

Beləliklə, Azərbaycanı taekvondo yarışlarında təmsil edən hər iki idmançı Tokio-2020 ilə vidalaşıb.

Xəbər xətti